(+994 70) 216 91 91    (+994 55) 212 18 15

Əhməd Rəcəbli 219, MZ Plaza, Bakı, Azərbaycan

BİZNES MƏSLƏHƏTLƏRİ VƏ MÜQAVİLƏLƏRİ

Yeni və ya mövcud biznesdə uğurlu olmaq hər bir sahibkarın, biznes sahibinin arzusudur. Bu müvəffəqiyyətə gedən yolda ehtiyacınız olacaq sənədləşmələrin, müqavilələrin, biznes məsləhətlərinin, bir sözlə hər cür hüquqi prosedurların həyata keçirilməsində ən yaxın dostunuz bizik. Biznesiniz uğurlu olsun deyə hər zaman sizin yanınızdayıq. İş karyeranızda ehtiyacınız olan hər bir biznes məsləhətindən tutmuş bütün növ işgüzar müqavilələrin hazırlanması qədər bir çox sahədə xidmətinizdə durmağa hazırıq.

Məhz buna görə də sizə aşağıdakı xidmətləri təklif edirik:

  • beynəlxalq alqı-satqı müqavilələrində alıcı və satıcıların təmsil edilməsi;
  • akkreditivlər və ticarətin maliyyələşdirilməsi üzrə alətlər və sənədləşmə;
  • ixrac və idxal nəzarəti;
  • kommersiya riskinin idarə edilməsi;
  • podrat və alqı-satqı razılaşmaları kimi, müqavilələrin əsas şərtlər toplusunun hazırlanması;
  • məhkəmələrdə təmsilçilik və müştərilərin maraqlarının müdafiəsi;
  • vəkalətnamalərin təsdiqi və tərcüməsi;
  • tənzimetmə səlahiyyətinə malik orqanlarla qarşılıqlı münasibətlər;
  • digər çətin biznes ehtiyaclarına və hallarına biznes-hüquq həlləri;
  • biznes hüququna və vergitutmaya aid tələbə münasib olaraq hüquq xidmətləri;
  • hüquqi şəxslərin yaradılması;
  • şirkətin nizamnaməsinin (təsis sənədlərinin) və daxili qaydalarının hazırlanması;
  • nümayəndəlik və filialların yaradılması;
  • etik və uyğunluq qaydalarının hazırlanması, tətbiqi və inkişafı;
  • icraçılar və direktorlar üçün əmək müqavilələrinin tərtibi;
  • hüquqi ekspertiza (due diligence);
  • hüquqi şəxsin birləşmə, qoşulma, bölünmələr, ayrılma şəklində yenidən təşkili;
  • şirkətlərdə ləğvetmə, müflisləşmə proseslərinin təhlili və bu sahədə məsləhətlər;
  • iflas hallarına və ləğvetmə proseslərinə uyğun hüquqi xidmətlər;
  • müflisləşmə zamanı əmlakın idarə edilməsi;
  • paylar üzrə əməliyyatlar və investisiya razılaşmaları;
  • müflisləşmə ilə əlaqədar restruktrizasiya və sağlamlaşdırma.