(+994 70) 216 91 91    (+994 55) 212 18 15

Əhməd Rəcəbli 219, MZ Plaza, Bakı, Azərbaycan

LİSENZİYALARIN ALINMASI

Lisenziya və icazələrin alınması

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin (maliyyə bazarları sahəsində istisna olmaqla) həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq nizamlanır.

Lisenziya nədir?

Lisenziya və icazələr - təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə müvafiq sahibkarlıq fəaliyyəti növlərini həyata keçirmək üçün dövlət və inzibati orqan tərəfindən verilmiş sənəd Lisenziya və icazələr adlanir.

Lisenziya və icazələr-hansı fəaliyyət növlərinə tələb olunur?

Dövlət təhlükəsizliyinə təsir edən, məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutan, ətraf mühitə və ekoloji vəziyyətinə mənfi təsir göstərə bilən, qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğuran fəaliyyət növlərinə lisenziya və icazələr tələb olunur.
Lisenziya və icazələr haqqında qanuna müvafiq olaraq özəl tibb fəaliyyəti, əczaçılıq fəaliyyəti, təhsil fəaliyyəti, tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri, İP-telefoniya (internet telefoniya), sürətli poçt xidməti olmaqla dövlət təhlükəsizliyindən irəli gələn hallar olan və ya olmayan 29 fəaliyyət növünə lisenziya, 86 fəaliyyət növünə isə icazə tələb olunur.

“Unilegal Consulting” etibarlı lisenziya təminatçısıdır.

5 ilə yaxındır fəaliyyət göstərən “Unilegal Consulting" şirkəti qısa müddətdə öz sahəsində sözünü demiş şirkətlərdən biridir. Lisenziya və icazələr haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq tələb olunan fəaliyyət növlərinə lisenziya və icazələr alınmasında sizə peşəkar xidmət göstərməyə hər zaman hazırdır. “Yüksək peşəkarlıq ve etibar” devizi ilə yola çıxdığımız bu yolda hər bir müştərimizin xidmətlərimizdən razı qalması artıq bizim üçün prioritetə çevrilib.