(+994 70) 216 91 91    (+994 55) 212 18 15

Əhməd Rəcəbli 219, MZ Plaza, Bakı, Azərbaycan

VERGİ, MÜHASİBATLIQ VƏ MALİYYƏ XİDMƏTLƏRİ

Vergi prosedurlarının həyata keçirilməsi, bütün növ hesabatların verilməsi, mühasibatlıq və maliyyə xidmətlərinin görülməsi bizim işimizdir desək, yəqin ki, yanılmarıq. Çünki bizim bu sahələri bilən və professional şəkildə biliyini işə tətbiq edən peşəkar komandamız var. Və bu komanda vergitutma, hesabat, maliyyə xidmətlərində işinizi əminliklə etibar edə biləcəyiniz potensiala malikdir.

Unilegal Consulting sizə dəstək olmaq üçün aşağıdakı xidmətləri təklif edir:

  • vergilərin planlanması, restruktizasiyası və optimallaşdınlması;
  • mühasibatlıq, daxili sənədləşmənin təşkili, dövlət orqanlarına hesabatların verilməsi;
  • ianə, sponsorluq və investisiya qoyuluşu zamanı xüsusi vergitutma rejiminin əldə edilməsi;
  • dövlət və yerli orqanlarla danışıqlar yolu ilə vergi güzəştlərinin və təşviqlərinin əldə edilməsi;
  • əməliyyatların vergitutma nəticələri və digər vergi məsələləri üzrə rəylərin yazılması;
  • şirkətin vergi uyğunluğu vəziyyətinin yoxlanılması və məsləhətlərin verilməsi;
  • vergi mübahisələri və məhkəmə işləri;
  • mühasibat uçotunun qurulması;
  • əməkhaqqlarının hesablanması;
  • aylıq, rüblük və illik hesabatların hazırlanması;
  • vergi yoxlamalarının müşayiət edilməsi;
  • vergi qanunvericiliyinə əsasən məsləhət;
  • hesabatların Vergilər Departamentinə, Dövlət Sosial Müdafə Fonduna, Dövlət Statistika Komitəsinə, Dövlət Məşğulluq Fonduna və digər dövlət idarələrinə təqdim edilməsi;
  • müəssisənin maliyyə sənədlərinin auditinin aparılması, aşkarlanan nöqsanlar barədə akt tərtib olunması və aşkarlanmış nöqsanların aradan qaldırılması.
  • müəssisənin maraqlarının dövlət orqanlarında təmsil edilməsi.