(+994 70) 216 91 91    (+994 55) 212 18 15

Əhməd Rəcəbli 219, MZ Plaza, Bakı, Azərbaycan

Unilegal Consulting Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna ianə ayırıb

Unilegal Consulting Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna ianə ayırıb

Azərbaycanın aparıcı konsaltinq şirkətlərindən biri olan Unilegal Consulting ordumuza dəstək olmaq üçün büdcəsindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna ianə ayırıb. Şirkətin direktoru Tofiq Hacıyev bildirdi ki:
- Ölkəmiz indi çox ciddi bir sınaqdan keçir. Biz kimsənin torpağına göz dikməmişik, öz topraqlarımız uğrunda vuruşuruq. Bizim yolumuz cənab prezidentimizin də dediyi kimi haqq yoludur. Əminik ki, torpaqlarımız geri qayıdacaq. Mən özüm də işğal altındakı Cəbrayıl rayonundan köçkünəm və doğma vətənimə qovuşacağım günü səbirsizliklə gözləyirəm. Ordumuzu və prezidentimizi daim dəstəkləyirik. Bu yolda maddi və mənəvi əlimizdən gələn hər şeyi etməyə hazırıq!

 

https://fins.az/sosium/249062/unilegal-consulting-azerbaycan-respublikasinin-silahli-quvvelere-yardim-fonduna-iane-ayirib/