(+994 70) 216 91 91    (+994 55) 212 18 15

Əhməd Rəcəbli 219, MZ Plaza, Bakı, Azərbaycan

Ölkəmizin aparıcı konsaltinq şirkətlərindən biri olan Unilegal Consulting daha bir təqdirə layiq addım ataraq “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianə ayırıb. Bu xeyirxah təşəbbüs ilə bağlı şirkətin direktoru ilə əlaqə saxladıq. O bizə bildirdi ki:
- Ölkəmizin və ümumiyyətlə dünyanın necə çətin bir dövrdən keçdiyini başa düşürəm. Biz də hər bir vətəndaş kimi öhdəmizə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməliyik. Prezidentimiz cənab İlham Əliyevin ciddi səyləri nəticəsində ölkəmizdə pandemiya nəzarət altındadır. Ona dəstək olmaq hər bir vətəndaşımızın borcudur. Çünki cənab prezidentimizin dediyi kimi: BİZ BİRLİKDƏ GÜCLÜYÜK! Biz Unilegal Consulting ailəsi olaraq öz əməkdaşlarımızın, həmçinin tərəfdaşlarımızın sağlamlığını qorumaq və eyni zamanda da iqtisadi cəhətdən ölkəmizə öz töhfəmizi vermək üçün karantin rejimi müddətində onlayn işlədik və tərəfdaşlarımızın iqtisadi stabilliklərini qorumaq üçün onlara dəstək olduq. Hal hazırda işimizin başındayıq və ehtiyacı olan hər kəsə biznes, maliyyə və korporativ hüquq sahəsində məsləhətlərimizi verməyə tam hazırıq. Bütün vətəndaşlarımıza da ciddi zərurət olmadan evdən çıxmamağı, evdən çıxmağa məcbur olduqda özlərini və sevdiklərini qorumaq üçün tibbi maska və əlcəkdən istifadə etməyi məsləhət görürük. Evdə qalın, sağlam olun!