Hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasına gəldiyi andan etibarən miqrasiya qanunvericiliyinə uyğun hərəkət etməlidir. Miqrasiya qanunvericiliyinin şərtlərinin pozulması cərimə, əcnəbi və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması və digər hüquqi nəticələrə səbəb olur. Eyni zamanda, miqrasiya qanunvericiliyinin pozulması ilə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin işə qəbul edilməsi işəgötürənlər barədə ciddi sanksiyaların tətbiqi ilə nəticələnir. “Unilegal Consulting”in peşəkar hüquqşünasları bu problemlərin həllində sizə kömək etmək üçün aşağıdakı xidmətləri təklif edir: