“Unilegal Consulting” Azərbaycanda hüquq sahəsində peşəkarlığı və yüksək səviyyəli xidməti ilə seçilən şirkətlərdən biridir.
Şirkətimiz 2015-ci ildə fəaliyyətə başlayıb və ilk gündən məsləhət xidmətləri göstərir. Mərkəz qısa zaman kəsiyində böyük nəticələr əldə edərək, inam, etibar qazanıb və bununla da müştəri bazasını genişləndirib. Bu nailiyyətlərimiz isə bacarığımıza və keyfiyyətli iş əmsalımıza əsaslanır. Yerli və xarici hüquqi şəxslərə kadr işinin təşkili və audit olunması, mühasibat işinin təşkili, maliyyə nəzarəti, miqrasiya, korporativ hüquq, qanunla tələb olunan bütün fəaliyyət növləri üzrə lisenziyaların və əmtəə nişanlarının alınması kimi xidmətlər şirkətimizin prioriteti hesab olunur. İşlərimizlə eynilik təşkil edən devizimiz isə - yüksək peşəkarlıq ve etibardır.
Bizimlə əməkdaşlıq etmək peşəkar hüquq, mühasibatlıq və kadr işinin təşkili üzrə xidmətləri almaqla yanaşı, sizə digər yerli ve xarici partnyorlarımızla da əlavə iş birliyi imkanı yaradır.