Əmək və işəgötürmə hüquqları, kadr işinin təşkili
Ölkənin əmək qanunvericiliyi işçilərin hüquqlarını bir qayda olaraq hər zaman daha çox müdafiə edir. Və buna görə də əmək müqavilələrinə və tərəflərin razılaşmalarına diqqətlə yanaşmamız zəruri hal alır. Bu zəruriyyətdə isə təbii olaraq mütəxəssislərə ehtiyac yaranır. Bu məqamda biz mülkiyyətin və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayan vasitəçi kimi iştirak edirik.
Şirkətimiz əmək və işəgötürmə hüququ məsələləri ilə bağlı aşağıdakı xidmətləri sizə təklif edir:
- əmək müqavilələrinin, kollektiv sazişlər, daxili siyasətlər (Etik Qaydalar və s.) kimi hüquqi sənədlərin hazırlanması və təhlili;
- İR (İnsan Resursları) idarəetməsi məsləhətləri;
- əcnəbilərin işəgötürülməsi və əcnəbilərin işəgötürmə müqavilələri üzrə məsləhətləşmələr;
- tərəflərin əmək mübahisələri zamanı təmsil edilməsi;
- hüquqi prosedurlar zamanı müdafiənin təşkili və bütün məhkəmələrdə işlərin izlənilməsi;
- mümkün olan ən sərfəli vasitələrlə işçilərin işə götürülməsi üçün rahat həllər;
- işəgötürmənin nəticəsi olaraq qanunvericilik tələblərinə əməl edilməsi;
- ödəniş cədvəli sisteminin yaradılması;
- İR siyasətinin və prosedurlarının hazırlanması;
- işçilərin attestasiyası, işçilərin işdən azad edilməsi;
- müəssisə daxili sənədləşmə, o cümlədən müqavilə kadr və İR (İnsan Resursları) sənədlərinin auditinin aparılması, aşkarlanan nöqsanlar barədə akt tərtib olunması və aşkarlanmış nöqsanların aradan qaldırılması;
- digər işəgötürmə ilə əlaqədar məsələlərdə məsləhətləşmələr.