Unilegal Consulting

Lisenziyaların alınması

Lisenziya və icazələrin alınması

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin (maliyyə bazarları sahəsində istisna olmaqla) həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq nizamlanır.

Lisenziya nədir?

Lisenziya və icazələr - təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə müvafiq sahibkarlıq fəaliyyəti növlərini həyata keçirmək üçün dövlət və inzibati orqan tərəfindən verilmiş sənəd Lisenziya və icazələr adlanir.

Lisenziya və icazələr-hansı fəaliyyət növlərinə tələb olunur?

Lisenziya Tələb Olunan Fəaliyyət Növləri

 

Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis - axtarış işləri üzrə:

Bu lisenziya mühəndis-geoloji, geodeziya və digər axtarış işlərinin qanunvericiliyə uyğun aparılması üçün tələb olunur.

 

Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti -quraşdırma işləri üzrə:

Bu lisenziya bina və qurğuların tikinti, quraşdırma və əsaslı təmir işlərini həyata keçirmək üçün verilir.

 

Tikintisinə icazə tələb olunan bina və qurğuların layihələndirilməsi üzrə:

Bu lisenziya tikinti obyektlərinin layihə sənədlərinin hazırlanması və təsdiqi üçün zəruridir.

 

Liftlərin quraşdırılması və təmiri fəaliyyəti üzrə:

Liftlərin təhlükəsiz və normativlərə uyğun işləməsini təmin etmək üçün quraşdırma və texniki xidmət işləri aparılır. Bu sahə üçün xüsusi lisenziya mövcuddur.

 

Təhlükəli yüklərin nəqliyyatla daşınması üzrə:

Yanıcı, partlayıcı və zərərli maddələrin daşınması xüsusi qaydalar və təhlükəsizlik tədbirləri tələb edir. Bu fəaliyyət üçün nəqliyyat lisenziyası və təhlükəsizlik icazəsi tələb olunur.

 

Yanacaqdoldurma və qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı üzrə:

Yanacaq doldurma məntəqələri və qaz təsərrüfatı obyektləri üçün təhlükəsiz fəaliyyət, istismar və texniki nəzarət təmin edilir. Bu sahə üçün lisenziya və icazələr zəruridir.

 

Təhlükə potensiallı obyektlərdə texniki qurğuların və avadanlıqların diaqnostikası, texniki baxışı üzrə:

Sənaye və digər yüksək riskli obyektlərdə texniki avadanlıqların təhlükəsizliyini və normativ uyğunluğunu yoxlamaq üçün diaqnostika və baxışlar aparılır. Bu sahədə sertifikat və lisenziya tələb olunur.

 

Yanğından mühafizə fəaliyyəti üzrə:

Yanğın təhlükəsizliyinin təmin edilməsi, yanğın siqnalizasiyası, yanğınsöndürmə sistemlərinin quraşdırılması və xidmətləri bu fəaliyyətə daxildir. Lisenziyalı mütəxəssislər tərəfindən həyata keçirilir.

 

Qaldırıcı qurğuların təzyiq altında işləyən qazanların, tutumların, metallurgiya avadanlıqlarının quraşdırılması və təmiri üzrə:

Sənaye avadanlıqlarının təhlükəsiz quraşdırılması və təmiri üçün xüsusi texniki bilik və lisenziya tələb olunur. Bu, qaldırıcı kranlar, təzyiq qazanları və digər ağır texnika üçün vacibdir.

“Unilegal Consulting” etibarlı lisenziya təminatçısıdır.

5 ilə yaxındır fəaliyyət göstərən “Unilegal Consulting" şirkəti qısa müddətdə öz sahəsində sözünü demiş şirkətlərdən biridir. Lisenziya və icazələr haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq tələb olunan fəaliyyət növlərinə lisenziya və icazələr alınmasında sizə peşəkar xidmət göstərməyə hər zaman hazırdır. “Yüksək peşəkarlıq ve etibar” devizi ilə yola çıxdığımız bu yolda hər bir müştərimizin xidmətlərimizdən razı qalması artıq bizim üçün prioritetə çevrilib.


Lisenziya Alınması: Addım-Addım

Lisenziya alma prosesi aşağıdakı mərhələləri əhatə edir:

  1. Lazımi sənədlərin hazırlanması
  2. Müraciətin təqdim olunması
  3. Yoxlama
  4. Lisenziyanın verilməsi

  


   

Niyə Bizimlə İşləməlisiniz?

  • Təcrübə və dəstək: Lisenziya əldə etməkdə illərin təcrübəsi olan komandamız sizi bütün mərhələlərdə dəstəkləyir.
  • Şəffaf xidmətlər: Sənədləşmə və prosedurlar tam şəffaflıqla həyata keçirilir.
  • Qısa müddət ərzində nəticə: Proseslərin tez və effektiv başa çatmasını təmin edirik.

  

Xidmətlərimizlə Mürəkkəb Prosesləri Sadələşdirin

Lisenziya əldə etmək prosesini bizimlə birlikdə daha asan və effektiv şəkildə başa vurun.

 

Pulsuz Konsultasiya