Korporativ hüquq
Bu, kommersiya hüquqi şəxslərin yaradılması və fəaliyyəti ilə əlaqədar yaranan ictimai münasibətləri tənzimləyən hüquqi normalar toplusudur. Korporativ hüquq ən mürəkkəb hüquq sahələrindən biri olmasına baxmayaraq şirkətimiz bu sahədə də artıq öz sözünü demiş ən qabaqcıl hüquq firmalarındandır. Kommersiya və korporativ hüquq sahəsində ixtisaslaşmış peşəkar komandamız sizə hüquqi şəxslərin yaradılmasında, şirkət nizamnamələrinin hazırlanmasında, şirkətlərin ləğvetmə məsələlərinə qədər bir çox məsələlərin həll olunması və məsləhətlərin verilməsində əlindən gələni etməyə hər zaman hazırdır.
Şirkətimiz korporativ müqavilələr üzrə aşağıdakı korporativ hüquq xidmətlərini həyata keçirir:
- hüquqi şəxslərin yaradılması;
- şirkətin nizamnaməsinin (təsis sənədlərinin) və daxili qaydalarının hazırlanması;
- nümayəndəlik və filialların yaradılması, etik və uyğunluq qaydalarının hazırlanması, tətbiqi və inkişafı;
- icraçılar və direktorlar üçün əmək müqavilələrinin tərtibi;
- hüquqi ekspertiza (due diligence);
- hüquqi şəxsin birləşmə, qoşulma, bölünmələr, ayrılma və ayrılma şəklində yenidən təşkili;
- şirkətlərdə ləğvetmə, müflisləşmə proseslərinin təhlili və bu sahədə məsləhətlər;
- iflas hallarına və ləğvetmə proseslərinə uyğun hüquqi xidmətlər;
- müflisləşmə zamanı əmlakın idarə edilməsi paylar üzrə əməliyyatlar və investisiya razılaşmaları;
- müflisləşmə ilə əlaqədar restruktrizasiya və sağlamlaşdırma.